23/09/2020 20:23
728 x 90

Koronavirusun vurduğu Çindən dəhşətli xəbərlər gəlir – 3 minə yaxın ölü var, ordu “xəstə şəhəri” mühasirəyə aldı, şəhərdən çıxmaq istəyənlər vurulur, ölkə rəhbərliyi şəhəri yox etməyə hazırlaşır

img

Çinin Uhan şəhərində 2019-cu ilin dekabrında ortaya çıxan və mənbəyi tam bilinməyən yeni koronavirus xəstəliyinə çoxu Asiyada olmaqla, 10-dan çox ölkə və bölgədə yoluxanlar var.

Baki-xeber.com xəbər verir ki, yanvarın 28-nə olan məlumata görə, koronavirusdan ölənlərin sayı 106-ya, yoluxanlar isə 4515-ə çatıb.

Ölənlərin əksəriyyətinin Uhan dəniz məhsulları bazarında işləyən və ya ticarətlə məşğul olan insanlardır. Küçəyə çıxmaq qadağası tətbiq edilən Uhan şəhərinin ümumiyyətlə yox edilməsi gündəmdədir.

Çin agentliklərinin yaydığı görüntülərdə 11 milyon insanın yaşadığı şəhərdə demək olar ki, heç kim görünmür, şəhərdə sanki heç kim yaşamır.

Qarantin altına alınan bölgədəki insanların sayı 60 milyona çatıb. Şəhərdən sızan səs yazısına görə, sadəcə Uhanda 100 min yoluxma və 2744 ölü var. 30 mindən çox çinli müşahidə altındadır. Bölgədə tez-tez kütləvi məzarlar qazılır. Qarantin altında olan şəhərlər dünyadan təcrid edilir, şəhərlərarası yollar beton bloklarla bağlanır. Çin ordusu Uhan şəhərini tam mühasirəyə alıb. Meşələr İHA ilə izlənilir, heç kimin şəhərdən çıxmasına imkan verilmir. Şəhərdən çıxmaq istəyənlər vurulur. Çinin virusu nəzarət altına aldıqdan sonra, Uhan şəhərini yox etməyi planlaşdırdığı iddia edilir.

Uhan şəhərində bir xəstəxanada işləyən tibb bacısının sosial mediadan müraciəti isə vəziyyətin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur. "Hazırda, Wuhan da daxil olmaqla, Hubei əyalətində və bütün Çində koronavirus xəstəliyinə yoluxanların sayı 90 min nəfərdir. Bu videonu izləyənlər çölə çıxmasınlar. Hökumətin nə dediyi bizi maraqlandırmır. Sosial media vasitəsilə sizə həqiqəti söyləyəcəyəm. Zəhmət olmasa Uhana maskalar, eynəklər və paltarlar hədiyyə edin. Xahiş edirəm bizə kömək edin" Və dünya çox təsir etdi” - çinli tibb bacısı açıqlamasında bildirib. 

Son xəbərlər