Bu gün imzalanan rəsmi sənədlə israillilər ilk dəfə Səudiyyə Ərəbistanına səfər edə biləcəklər. Baki-xeber.com xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Yeni razılaşmaya görə, İsrail yarandığı gündən ilk dəfə olaraq vətəndaşlarına Səudiyyə Ərəbistanına səyahət etməyə icazə verir.
“Haaretz” qəzeti, daxili işlər naziri Arye Derynin israillilərin tarixdə ilk dəfə Səudiyyəyə səfər etməsinə icazə verən sənədi bazar günü imzaladığını yazıb.