21/02/2020 19:56
728 x 90

ABŞ “doğum turizminə” məhdudiyyətlər gətirdi

Qadınların yalnız doğum üçün ABŞ-a səfər etmədiklərini sübut etmələri çox çətin olacaq

img

Tramp administrasiyası cümə axşamı “doğum turizmini” məhdudlaşdırmaq məqsədilə yeni viza qanunlarını təqdim edib. “Doğum turizmi” qadınların uşaqlarına ABŞ pasportu ala bilmək üçün doğum üçün Amerikaya gəlmələridir.

Federal Reyestr qaydalarına əsasən, əgər konsullar qadınların ABŞ-a getmələrinin əsas məqsədinin uşaq dünyaya gətirmək olduğu qənaətə gəlsə, onlara turist vizası verilməyəcək. Qadınların yalnız doğum üçün deyil, həqiqi tibbi problemdən dolayı ABŞ-a səfər etdiklərini sübut etmələri çox çətin olacaq. Tibbi problemi olanlar ABŞ-a tibbi müalicə üçün gələn digər insanlar kimi rəftar görəcək və onların nəqliyyat və yaşayış xərclərini ödəmək üçün vəsaitlərinin olduğunu sübut etməli olacaqlar.

ABŞ-a doğum üçün səyahət etmək əsas etibarıyla qanunidir, baxmayarq ki, rəsmilər daha öncə doğum turizm agentliklərinin idarə edən şəxsləri viza saxtakarlığı və ya vegidən yayınma ittihamları ilə həbs ediblər. Qadınlar adətən viza üçün müraciər edərkən niyyətlətini dürüst şəkildə açıqlayırlar və hətta həkim və xəstəxanalardan aldıqları imzalı müqavilələri təqdim edirlər.

Cümə günü qüvvəyə minən yeni qanunlara əsasən, Dövlət Departamenti Birləşmiş Ştatlara uşaq üçün ABŞ vətəndaşlığı əldə etmək məqsədilə səfər etməyin istirahət məqsədli səyahət olmadığına inanır.

Prezident Donald Trampın administrasiyası immiqrasiyanın bütün formalarını məhdudlaşdırır, lakin Trampı ən çox narahat edən məsələ ABŞ-da doğulan hər kəsə vətəndaşlığın verilməsidir. Respublikaçı prezident bu məsələyə qarşı çıxıb və buna son qoymaqla təhdid edib, lakin alimlər və onun administrasiyasının üzvləri bunun asan olmadığını deyib.

Konsulluq işçilərinin qadınlardan hamilə olub-olmadıqlarını soruşmaq haqları yoxdur. Buna baxmayaraq, onlar viza üçün müraciət edən qadınların ABŞ-a uşaq dünyaya gətirmək məqsədilə gəlib-gəlmədiklərini müəyyən etməlidirlər.

Son xəbərlər