21/02/2020 20:13
728 x 90

Çində dünyanı şoka salan dəhşətli virusun mənbəyi tapıldı, ölü sayısı 25-ə çatdı, 11 milyonluq şəhərə giriş-çıxış qadağan edildi

img

Çinin Uhan şəhərində ortaya çıxan və indiyə qədər 25 nəfərin ölümünə səbəb olan yeni növ koronavirusun mənbəyi ilə bağlı çinli bir qrup alim yeni nəticələr əldə edib. Baki-xeber.com xəbər verir ki, çinli elm adamları virusun insanlara ilanda keçmiş ola biləcəyini bildirib.

Mütəxəssislər təyin ediblər ki, xəstəliyin törədicisi yeni tip "2019-nCoV" koronavirusudur. Alimlərin fikrincə, virusun əsas mənbəyi yarasalardır. Ancaq virusun yarasalardan insana keçə bilməsi üçün ortada “vasitəçi” bir heyvan da olmalıdır.

Tədqiqatçılar, 2019-nCoV-dəki protein kodlarının, əsasən Çində müşahidə edilən iki növ ilanın daşıdığı koronavirusdakılarla oxşar olduğunu müəyyən ediblər. Nəticələrin, virusun ən çox ehtimal olunan mənbəyinin ilan ola biləcəyini göstərdiyi bildirilir.

Sözügedən ilan növlərinin Uhandakı virusun ortaya çıxdığı düşünülən dəniz məhsulları bazarında satılmasının, virusun əvvəl yarasalardan ilanlara, onlardan da insanlara keçmiş ola biləcəyini göstərdiyi bildirilir.

Hubei yerli administrasiyasının tabeliyindəki cəmi beş şəhərdə karantin elan edilib. Virusun ortaya çıxdığı ehtimal edilən Uhan şəhərinin də daxil edildiyi bu karantin zonasında təxminən 20 milyon insan yaşayır. Koronavirusun episentri olaraq qəbul edilən 11 milyon insanın yaşadığı Uhan şəhərinə isə giriş-çıxış qadağan edilib.

Uhanın yerli rəhbərliyi bəyan edib ki, cümə axşamı yerli vaxtla saat 10:00-dan etibarən şəhərin bütün ictimai nəqliyyatı və bu şəhərdən həyata keçirilən aviareyslər dayandırılır. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir. Hələlik şəhər rəhbərliyinin qərarı şəxsi avtomobillərə şamil olunmur.

Rəhbərlik xüsusi ehtiyac olmadan əhalini şəhəri tərk etməməyə çağırır.

Karantin bölgəsindəki şəhərlərdə marketlərdə növbələr yaranıb, bölgədə qida ehtiyatı da azalmağa başlayıb.

"2019-nCoV" adı verilən koronavirusu yayılmasını önləmək üçün şənbə günü planlaşdırılan Çində Yeni il tədbirlərində də dəyişikliklər edilib. Pekin və Şanxay kimi böyük şəhərlərdə planlaşdırılan bayram əyləncələri də ləğv edilib.

Son xəbərlər