21/02/2020 21:17
728 x 90

İranın Bəsic təşkilatının rəhbərlərindən biri evində öldürüldü

img

İranın ən nüfuzlu hərbi-siyasi xadimlərindən biri olan general Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra, bu dəfə İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Bəsic Təşkilatının komandiri, kapitan Muceddemi öldürülüb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Bəsic Təşkilatının ölkənin cənub-şərqindəki Darhovin bölgəsinin komandiri, kapitan Abdulhuseyn Muceddemi evinə silahlı basqın nəticəsində öldürülüb.

İranın yarı rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, gecə saatlarında Muceddeminin Darhovindəki evinə hələlik kimlikləri bəlli olmayan maskalı silahlı şəxslər basqın edib. Hücum nəticəsində Muceddemi öldürülüb.

Son xəbərlər