21/09/2020 17:47
728 x 90

Liviyada üsyançı generala yaxın tayfalar ölkədən neft ixracı tam dayandırdı

img

Liviyadakı böhranla bağlı dünən Almaniyanın paytaxtı Berlində təşkil edilən konfransla eyni keçirildiyi vaxt Liviyadakı neft yataqlarının bağlandığı xəbəri yayılıb.

Liviyada gündə orta hesabla 400 min barel neft hasil edən iki neft yatağı bağlanıb. Liviyanın cənubundakı qəbilələri təmsil edən bir qrup, El Sahara və El Feel neft yataqlarının bağlandığını açıqlayıb. İki yatağın bağlanması, Liviyadan bütün neft ixracının dayandırılması deməkdir. İki neft yatağından hər gün orta hesabla 400.000 barel neft hasil edilir.

Bundan əvvəl ölkənin şərqindəki neft terminalları da bağlanıb. Üsyançı general Haftara yaxın tayfalar bölgədəki bir çox neft terminalını və cənubdakı istehsal sahələrini ələ keçirib.

Qeyd edək ki, Liviyadakı böhranla bağlı Berlində keçirilən konfransın yekun bəyannaməsində BMT TŞ-nin müvafiq qərarlarına əsasən Milli Neft Şirkəti Liviyanın yeganə müstəqil və qanuni neft şirkəti olduğu bildirilir: "Biz bütün tərəfləri obyektlərin təhlükəsizliyinə zəmanəti davam etdirməyə və neft obyektlərinə və infrastrukturuna qarşı düşmənçilikdən çəkinməyə çağırırıq.

Liviyanın neft infrastrukturuna ziyan vuran, Liviya xalqına məxsus enerji mənbələrini, xam neftini və onun törəmələrini Milli Neft Şirkətinin nəzarətindən kənar alıb satmaq cəhdlərini pisləyirik”. 

Son xəbərlər