20/02/2020 21:02
728 x 90

İngiltərədə Misir prezidenti Sisinin həbs edilməsi məsələsi qaldırıldı

img

Londonda mərkəzlənın Beynəlxalq Ədalət Palatası (Guernica 37), Misirin ilk demokratik seçilmiş prezidenti Mursinin ölümü ilə əlaqədar çevriliş nəticəsində hakimiyyətə gələn Abdulfəttah es-Sisinin həbs edilməsini tələb edir.

Guernica 37, Sisinin Londona gözlənilən səfəri öncəsi, London Polisinin Terrorla Mübarizə Şöbəsinə müraciət edərək “Misir hökuməti və hökumət qurumlarına qarşı etibarlı işgəncə” iddialarının araşdırılmasını istəyib.

Guernica 37-nin açıqlamasında, Misir İnqilab Şurasının tələbi ilə hərəkətə keçildiyi və Mursinin ölümü və ölümündən əvvəl gördüyü işgəncələrin araşdırılmasının tələb edildiyi vurğulanır.

Təşkilat hesab edir ki, Sisi Mursiyə edilən işgəncələrdən xəbərsiz sayıla bilməz: "Mursinin gördüyü rəftarın onun ölümünə səbəb olduğu fərziyyə deyil, hərbi rejimin davranışlarının onu öldürdüyü və niyyətinin də bu olduğuna dair inandırıcı arqumentlər var".

Açıqlamada Mursinin ölümünün cəzasız qalmasına icazə verilməyəcəyi, istintaq və ya mühakimə imkanı yaranacağı halda bunların yerinə yetirilməsi gərəkdiyi vurğulanır. Birləşmiş Krallığın hər hansı bir işgəncə cinayətini, işləndiyi yer hara olursa olsun, araşdırmaq və mühakimə etmək məcburiyyətində olduğu qeyd edilən açıqlamada, Sisinin ziyarətinə diqqət çəkilərək, uyğun addımların atılmasının zəruriliyi qeyd edilir.

Bütün bunların nəzərə alınmasını tələb edən Guernica 37, İngiltərə-Afrika İnvestisiya Sammiti üçün Londona gələcək Sisi barəsində həbs qərarı verilməsini istəyir. 

Son xəbərlər