24/02/2020 12:24
728 x 90

Səudiyyə ölkəni qoruyan amerikalı əsgərlərə görə Vaşinqtona 500 milyon dollar ödədi

img

Səudiyyə Ərəbistanı ölkəsində yerləşdirilən Amerika qoşunlarının xərclərini ödəmək üçün ABŞ-a 500 milyon dollar ödəyib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

CNN, bir ABŞ rəsmisinə istinadən ödənişin keçən ilin dekabr ayında edildiyini bildirib.

Pentaqon sözçüsü Rebekka Rebariç isə, "Prezidentin (Tramp) yükün ortaq paylaşılmasını artırmaq üçün verdiyi tapşırığa uyğun olaraq, Müdafiə Nazirliyi, regional təhlükəsizliyi dəstəkləyən, düşmənçilik və təcavüzkarlığa qarşı mübarizə aparan hərbi birliklərimizin xərclərini bölüşmək üçün Səudiyyə Ərəbistanını işin içinə qatdı. Səudiyyə hökuməti bu fəaliyyətlərə ilk töhfəsini verdi" – deyə bildirib.

Məlumatda, 2019-cu ilin sentyabrında İran tərəfindən təşkil edildiyi iddia edilən pilotsuz aparatlarla hücumlardan sonra, Səudiyyə neft obyektlərini qorumaq üçün ölkəyə minlərlə əlavə ABŞ əsgərinin göndərildiyi və obyektlərin ətrafında raketdən müdafiə batareyası quraşdırıldığı bildirilir.

İki ölkə arasında, Səudiyyə tərəfindən ABŞ-ın hərbi xərclərinin hansı hissəsinin qarşılayacağının detalları və Yəmən müharibəsindəki dəstəyi də daxil olmaqla ABŞ-a ümumilikdə nə qədər borclu olduğuna dair müzakirələrin davam etdiyi qeyd edilir.

ABŞ prezidenti Donald Tramp ötən həftə Fox News telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının sözügedən xərclərə görə banka 1 milyard dollarlıq depozit yatırdığını bildirirdi.

Bundan başqa, xəbərdə, Səudiyyə Ərəbistanının ABŞ-ın hərbi xərclərini qarşılamaq üçün ilk dəfə ödəniş etmədiyi, 1990-1991-ci illərdə Körfəz müharibəsinin xərclərini qarşılamaq üçün Səudiyyə Ərəbistanı, Küveyt və digər körfəz ölkələrinin ABŞ-a 36 milyard dollar ödədiyinə diqqət çəkilir.

Son xəbərlər