24/02/2020 11:56
728 x 90

İngiltərədən Süleymani ilə bağlı şok iddia… İranlı generalı ABŞ-a Əsədin adamı satıb…

img

ABŞ və İran arasındakı gərginlik davam etdiyi bir vaxtda İngiltərə mətbuatı ortaya yeni bir iddia atılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, “The Independent Arabic” nəşri öldürülən İran generalı Qasim Süleymani barədə məlumatların ABŞ-a Suriyanın yüksək rütbəli bir rəsmisi tərəfindən ötürüldüyünü iddia edib.

Qərb kəşfiyyat mənbələrinə istinadən bildirilir ki, Süleymani, Suriyanın yüksək səviyyəli bir rəsmisinin sızdırdığı məlumat nəticəsində ABŞ-ın hava zərbələrinin hədəfi olub.

Süleymanın Suriya torpaqlarında getdiyi yerlər, mülki təyyarə ilə özünün və silahdaşlarının səyahət məlumatlarının detallarını ABŞ-a sızdıran Suriya rəsmisi uzun müddət amerikalılarla təmasda olub.

Əsəd rejimi, yüksək rütbəli rəsmisi, Süleymanın Suriya torpaqlarında hədəf alınmaması ilə bağlı amerikalılar qarşısında şərt qoyub.

Süleymaninin təyyarədə olduğundan əmin olduqdan sonra onu izləməyə başlayın amerikalılar Haşdi Şabi rəhbərlərindən Əbu Mehdi əl-Mühəndisin telefonlarını dinləməyə başlayıb. Bununla ABŞ Süleymani ilə Mühəndis arasındakı danışıqları anbaan izləməyə başlayıb. “The Independent Arabic” yazır ki, danışıqlardan müəyyən nəticələr əldə edən ABŞ hər iki şəxsi Bağdadda hava zərbələri ilə öldürüb.

Son xəbərlər