07/07/2020 17:40
728 x 90

Qahirə polisi Anadolu Agentliyinin ofisinə basqın etdi, jurnalistlər həbs edildi - Misirin müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırıldı

img

Misir polisi Anadolu Agentliyinin (AA) Qahirə ofisinə basqın edib biri türk 4 işçisini saxlayaraq naməlum istiqamətə aparıb.

Baki-xeber.com Türkiyə mediasına ustinadən xəbər verir ki, polis axşam saatlarında ofisə gələrək təhlükəsizlik kameralarını söndürüb, interneti kəsib.

Təhlükəsizlik qüvvələri, səhər saatlarına qədər ofisdə axtarış aparıb, işçilərin pasportları, cib telefonları və kompüterləri müsadirə edilib, çölə çıxmalarına mane olub.

Axtarış aparan qrupları hadisədən sonra ofisə gələn AA vəkilinə basqının səbəbilə bağlı məlumat verməkdən imtina edib. Bundan sonra polis vəkili ofisdən çıxararaq içəridə axtarışları davam etdirib.

Ofisdəki AA əməkdaşı, misirli bir qadın jurnalisti gecə yarısı sərbəst buraxılan polislər, biri türk 4 işçini səhərə qədər ofisdə saxlayıb. Saxlanan jurnalistlər sonradan polis tərəfindən naməlum istiqamətə aparılıb. Onlardan 20 saatdan çoxdur xəbər yoxdur.

Anadolu Agentliyi və Türkiyənin Qahirə Səfirliyinin vəkilləri, jurnalistlərin hansı səbəbdən saxlanması və hara aparıldığında dair Misir rəhbərliyindən hər hansı cavab ala bilməyib.

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və həbslərlə bağlı uzahat tələb edilib.

Son xəbərlər