06/08/2020 19:42
728 x 90

İranda təyyarənin vurulması ilə əlaqədar həbslər başladı

img

İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında yanvarın 8-də Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın Havadan Müdafiə Sistemi tərəfindən vurulması ilə əlaqədar bir neçə nəfər həbs olunub. Trend "Entekhab" informasiya portalına istinadən bildirib ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib.

Q.İsmailinin sözlərinə görə, bu şəxslərin dindirilməsi və məlumatların araşdırılması davam edir.

O əlavə edib ki, təyyarənin qara qutusu İran və Ukrayna mütəxəssislərindən ibarət heyət tərəfindən Fransaya aparılıb.

Məhkəmə rəsmisinin sözlərinə əsasən, qara qutunun oxunması ilə məsələ daha da aydınlaşacaq.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar günü səhər bəyanat verərək, bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən yanlışlıqla vurulduğunu bildirib. Bu hadisənin ardınca bir sıra ölkənin hava yolları şirkətləri İrana uçuşları dayandırıb.

Son xəbərlər