19/01/2020 10:05
728 x 90

Ermənistanın qlobal faciə ilə üz-üzə olduğunu bu ölkənin sabiq baş naziri də dilə gətirdi

img

Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 24 faizdən az deyil, ifrat yoxsulluq göstəricisi isə 1,5 faiz təşkil edir. “Trendin erməni KİV-inə istinadən məlumatına görə, bunu ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib.

O bildirib ki, Nikol Paşinyan iqtisadi sahədə pis siyasət həyata keçirir: “Hökumətin yanlış siyasəti nəticəsində ölkədən kapital axını baş verir, çünki regionda bizim yaxınlığımızda daha ucuz ölkələr var. Mən hökumətə müraciət edirəm: niyə siz dollar qiymətlərini artırırsınız, dram qiymətlərini isə sabitləşdirirsiniz? Biz qlobal faciə ilə üz-üzəyik”.

Son xəbərlər