26/01/2020 17:57
728 x 90

Ukrayna vurulan təyyarəyə görə İrana qarşı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açdı

img

Ukrayna Kəşfiyyat Xidməti (SBU) sərnişin təyyarəsinin vurulması ilə bağlı İrana qarşı iddia qaldırdığını açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, bununla bağlı rəsmi açıqamada, Ukrayna Baş Prokurorluğu Ukrayna Hava Yollarına (MAU) aid, vurulan Boeing 737 tipli sərnişin təyyarəsilə bağlı Cinayət Məcəlləsinin 276 (uçuş təhlükəsizliyini pozma), 115 (qəsdən adam öldürmə) və 194-cü (maddi ziyan) maddələri ilə cinayət işi açıldığı deyilir.

Qeyd edilir ki, hazırda bununla bağlı araşdırmalara başlanıb.

Qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsinin ətrafa verdiyi zərərlə bağlı İran Mülki Aviasiya Təşkilatından isə "yaşıl bölgə və mülki ziyanı Ukraynanın qarşılayacağı” bildirilib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda 176 insanın ölümünə səbəb olan fəlakətli qəzaya görə məsuliyyət qəbul edib.

Son xəbərlər