05/07/2020 11:34
728 x 90

İran ordusunun Ukrayna təyyarəsinin vurulmasını iki gün hökumətdən də gizlətdiyi ortaya çıxdı... “Biz yalan danışmadıq”

img

İran hökuməti, Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsinin İran havadan müdafiə sistemi tərəfindən vurulmasının prezident Həsən Ruhani və hökumət üzvlərindən gizlədildiyini açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rebii paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib.

"Yalançılıqda və hadisəni gizlətməkdə günahlandırıldıq. Əslində bu belə deyildi. Biz yalan danışmadıq, məsələ ilə bağlı bizə məlumat verilməmişdi" - hökumət sözçüsü deyib.

O, prezident Ruhani də daxil olmaqla, hökumət üzvlərinə, təyyarənin havadan müdafiə sistemi tərəfindən "təsadüfən" vurulması barədə məlumatın cümə günü günortadan sonra verildiyini deyib: "Ruhani məlumat alan kimi Milli Təhlükəsizlik Şurasının yığıncağını çağırdı və rəsmi açıqlama yayıldı...

İnqilab Keşikçiləri Hava Qüvvələrinin komandanı Emir Əli Hacızadə, məsələdən çərşənbə günü xəbərdar olduğunu və yuxarılarla bölüşdüyünü söylədi. Yuxarılar da mövzunun araşdırılacağını düşünüb".

Məsələnin iki gün sonra hökumətə bildirilməsində başqa niyyət olmadığını iddia edən Rebii, gec bildirilməsindən narahat olduqlarını da dilə gətirib: “Problem qurumlar arasında struktur əlaqə sorunundan qaynaqlanır”.

Son xəbərlər