26/01/2020 19:45
728 x 90

Tehranda üç saat saxlanan Britaniya səfiri İran XİN-ə çağırıldı – Londona nota verildi

img

İran hökuməti Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makeyrin "qanunsuz aksiyalarda" iştirak etdiyinə görə Londona etiraz notası verib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Makeyrin, "anormal hərəkəti və qanunsuz aksiyalarda iştirak etdiyinə" görə nazirliyə çağırıldığı və Tehranın rəsmi etiraz notasının ona və İngiltərə rəhbərliyinə çatdırıldığı bildirilir.

Qeyd edək ki, şənbə günü Tehranın Əmir Kəbir Universitetinin önündə Ukrayna sərnişin təyyarəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulmasına etiraz olaraq keçirilən aksiya zamanı Britaniyanın Tehrandakı səfiri Rob Makeyr də təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb.

Səfir, gecə saatlarında bir grup insanın Əmir Kəbir Universiteti önündə toplaşdığı zaman "şübhəli təhrikedici” hərəkətlərə görə saxlanıb. Makeyr 3 saatlıq saxlandıqdan sonra sərbəst buraxılıb.

Bu gün isə, Makeyrin dünən gecə aksiyalarda iştirak etməsinə etiraz olaraq rejim tərəfdarları Britaniya səfirliyi qarşısında aksiya keçirib.

Son xəbərlər