13/08/2020 03:45
728 x 90

Tehrandakı etiraz aksiyaları zamanı Britaniyanın İrandakı səfiri də saxlandı…

img

Şənbə günü Tehranın Əmir Kəbir Universitetinin önündə Ukrayna sərnişin təyyarəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulmasına etiraz olaraq keçirilən aksiya zamanı Böyük Britaniyanın Tehrandakı səfiri Rob Makeyr də təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, səfir, gecə saatlarında bir grup insanın Əmir Kəbir Universiteti önündə toplaşdığı zaman "şübhəli təhrikedici” hərəkətlərə görə saxlanıb. Səfir Makeyr 3 saatlıq saxlandıqdan sonra sərbəst buraxılıb.

Britaniyanın Xarici İşlər Naziri Dominik Raab ölkənin Tehrandakı səfirinin heç bir səbəb və açıqlama olmadan nəzarət altına alınmasını beynəlxalq hüququn açıq və kobud surətdə pozulması olduğunu bildirib.

"İran mühüm bir yol ayrıcındadır. O ya siyasi və iqtisadi təcrid yolunu davam etdirə bilər, ya da gərginliyin azaldılması və diplomatik yola girmək üçün addımlar ata bilər", - Britaniyanın Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda bildirilir.

Səfir Rob Makeyr isə Twitter hesabında təyyarə qəzasının qurbanlarının xatirəsinə təşkil edilmiş mərasimdə iştirak etdiyini bildirib. O heç bir nümayişdə iştirak etmədiyini deyərək, qurbanlar arasında Britaniya vətəndaşlarının da olduğunu və onların xatirəsini anmaq istədiyini bildirib. Səfir şüarlar səsləndikdən 5 dəqiqə sonra oranı tərk etdiyini deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus isə öz rəsmi Twitter hesabında Britaniyanın Tehrandakı səfirinin polis tərəfindən nəzarət altına alınmasının Vyana Konvensiyasının pozulması olduğunu bildirib. "Rejimi onun hüquqlarını pozduğuna görə rəsmi şəkildə Britaniyadan üzr istəməyə və bütün diplomatların hüquqlarına hörmət etməyə çağırırıq" - deyə, o bildirib.

Ukrayna hava yollarına məxsus Boeing 737 təyyarəsi İranın elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ-ın dron hücumu nəticəsində öldürülməsinə cavab olaraq, İranın İraqda Amerika əsgərlərinin qərargahlandığı hərbi hava bazasına raket hücumundan bir neçə saat sonra vurulub.

Son xəbərlər