26/01/2020 11:46
728 x 90

İraqdakı ABŞ bazalarından daha birini vurdular... Yaralılar var

img

Yanvarın 3-də iranlı general Qasim Süleymaninin Bağdadda öldürülməsindən sonra ABŞ-la İran arasında dünyanı şoka salan gərginlik davam edir.

Xatırladaq ki, Süleymani öldürüldükdən bir neçə gün sonra İran ABŞ bazalarına raket hücumları ilə tərəfləri müharibənin bir addımlığğına gətirdi, lakin Trampın hücumun ardından açıqlamaları gərginliyi az da olsa azaltdı. Ancaq iki ölkənin qarşı-qarşıya gəldiyi İraqda ABŞ bazalarına hücumlar davam edir.

Baki-xeber.com xəbər verir ki, bu gün İraqın Səlahəddin əyalətində ABŞ qoşunlarının qaldığı Beled hərbi bazasına hücum edilib.

İraq Təhlükəsizlik Media Şəbəkəsinin yazılı açıqlamasına görə, Beled hərbi bazasına 8 “Katyuşa” raketi atılıb. Hücum nəticəsində İraq ordusunun bir zabiti və üç əsgəri yaralanıb. Sözügedən bazada ABŞ qoşunlarının yanaşı İraq əsgərləri də var.

Bir neçə gün əvvəl də Beled hərbi bazası yaxınlığına bir neçə raket düşmüşdü.

Son xəbərlər