26/01/2020 11:46
728 x 90

İran rəsmən etiraf etdi - “Ukrayna sərnişin təyyarəsini biz vurmuşuq”

img

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya aid sərnişin təyyarəsinin “həssas bir hərbi nöqtə” üzərindən keçərkən “insaan xətası” nəticəsində havadan müdafiə sistemi tərəfindən yanlışlıqla vurulduğunu açıqlayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir, qəzaya uğrayan təyyarə ilə bağlı yaydığı açıqlamada, ABŞ-ın İraqdakı bazalarına raket hücumundan sonra atılan hərbi addımların düşən təyyarəyə təsir edə biləcəyi ehtimalı ilə bağlı mütəxəssislərdən ibarət bir qup yaradıldığı deyilir.

ABŞ prezidenti və ordunun hücuma cavab olaraq, İrandakı bir çox nöqtəni hədəf alacaqlarına dair təhdidlərinin və bölgədə yaşanan fövqəladə hava hərəkətliliyinin ardından İran Silahlı Qüvvələrinin də mümkün təhlükələrə dərhal cavab verə bilmək üçün ən yüksək hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.

Açıqlamada, ABŞ bazalarına raket hücumlarından sonra ABŞ hərbi təyyarələrinin İran ətrafında uçuşlarının artdığı və ölkənin strateji nöqtələrinə hücum ediləcəyi məlumatının müdafiə bölmələrinə çatdırıldığı ifadə edilərək, bunun ardınca bir çox hədəfin radarlarda görünməyə başladığı və ölkənin hava hücumundan müdafiə sisteminin də bu səbəbdən çox həssas bir vəziyyətə gətirildiyi qeyd edilir.

"Ukrayna Hava Yollarına aid 752 nömrəli reys təyyarəsi bu həssas və böhran şərtləri altında İmam Xomeyni Hava Limanından qalxdı. Təyyarə dönüş anında İnqilab Keşikçiləri Korpusunun həssas bir hərbi mərkəzinə yaxınlaşdı və yüksəkliyi ilə duruşu düşmən kimi hücum edəcək kimi görünürdü. Sözügedən təyyarə bu şərtlərdə insan səhvi nəticəsində və təsadüfən hədəfə alınmışdır" - İran Baş Qərargahının açıqlamasında deyilir.

Bәyanatda o da vurğulanır ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar İran və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir.

Sonda buna cavabdeh olanlar barədə qanuni tədbir görüləcəyi bildirilir.

Qeyd edək ki, Tehran-Kiyev reysini həyata keçirən “Boeing 737-800” təyyarəsinin yanvarın 8-də qəzaya uğraması nəticəsində təyyarədə olan 176 nəfərin hamısını ölüb, onlardan 167 nəfəri isə müxtəlif ölkələrdən olan sərnişinlər olub.

Son xəbərlər