19/01/2020 10:09
728 x 90

İran qəzaya uğrayan Ukrayna təyyarəsi ilə bağlı görüntülərə münasibət bildirdi – “Partlayış olsaydı...”

img

Qəzaya uğrayan təyyarə ilə bağlı bir görüntü də yayılıb. Görüntülərdə tam aydın olmasa da təyyarəyə nəyinsə dəydiyi, ardınca alovlanmağa başladığı bildirilir.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir, İran təyyarənin vurulduğuna dair iddiaları əsassız sayır.

İran Mülki Aviasiya Təşkilatının prezidenti Əli Abidzadə bildirib ki, təyyarənin vurulduğuna dair iddiaları məntiqli deyil: "Görüntülərin fərqli insanlardan gəldiyini bilirik. Görüntülər bunu ortaya qoyur - 60-70 saniyə arasında təyyarənin yandığı görünür. Bizim dediklərimizlə üst-üstə düşür. Videoda təyyarəyə bir şey dəydimi? Bu bizə məntiqli gəlmir...

Gedərkən bir şeyin təyyarəyə çırpılması məntiqli gəlmir. Orada təyyarə kiçik bir əraziyə düşüb. Partlayış olsaydı çox fərqli bir əraziyə yayılardı, amma bu baş verməyib.

Araşdırmalar üçün İsveçrə və Kanadadan kömək və araşdırmalarda iştirak etmələrini istədik. Bu hadisənin tamamilə ortaya çıxacağında səmimiyik, kömək istədik, nəyin baş verdiyini dəqiq bilmək istəyirik.

Təyyarənin qalxmasında da gecikmə var idi. Maraqlıdır. Qüllə və pilotun danışıqlarına görə, yanacaq problemi olmayıb. Təyyarənin düşmə səbəbi ilə bağlı araşdırmalar 1-2 il davam edəcək. Hadisəni aydınlaşdırmaq üçün digər ölkələrdən kömək istədik".

Son xəbərlər