Cümə axşamı günü, 05 noyabr 2026
     

İranda düşən Ukrayna təyyarəsilə bağlı ŞOK iddialar… Tramp “Boeing”i İranın vurduğunu, Kanada əllərində sübutlar olduğunu açıqladı, Tehrandan da açıqlamalar var...

Image


Bir neçə gün əvvəl Ukrayna sərnişin təyyarəsinin Tehran hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğraması tam aydınlaşmadığı üçün ciddi şübhələrə yol açıb. Təyyarənin qəzaya uğradığı vaxt İran ABŞ-ın İraqdakı iki bazasına bir neçə dəfə raket zərbələri endirib. Məhz iki hadisənin eyni günə təsadüf etməsi, təyyarəni İranın təsadüfən vurmuş ola biləcəyinə dair iddiaların ortaya atılmasına səbəb olub.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir, Qərb mediasında, ABŞ, Kanada və Böyük Britaniyadan gələn bütün açıqlamalarda İran günahlandırılır və təyyarənin İranın vurduğu iddia edilir.

Qeyd edək ki, Tehran-Kiyev reysini həyata keçirən “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 176 nəfərin hamısını ölüb, onlardan 167 nəfəri isə müxtəlif ölkələrdən olan sərnişinlər olub.

  • Araşdırma qrupunun ilkin hesabatı - Təyyarə əvvəlcə alov alır…

İran Mülki Aviasiya Təşkilatının prezidenti Əli Abidzadə araşdırma qrupu tərəfindən hazırlanan ilkin hesabata istinadən, təyyarə qalxdıqdan sonra radarlardan itdiyini və qəzaya uğradığını deyib: "Təyyarə yerə düşdükdən sonra parçalanır. Düşmə zamanı baş verən anormal vəziyyətlə əlaqədar pilotdan heç bir yardım çağırışı alınmır. Şahidlərin sözlərinə görə, təyyarə əvvəlcə alov alır, alov təyyarənin hər tərəfinə yayılır və sonra yerə çırpılır. Partlayış da təyyarənin yerə çırpılması nəticəsində baş verir".

"Qəzanın baş verdiyi istiqamət də, təyyarənin öncə qərbə doğru getdiyini və problem yarandığı üçün hava limanına qayıtmağa çalışarkən düşdüyünü göstərir" - Abidzadə deyib.

  • Tramp: “Təsadüfən İran vurmuş ola bilər”

ABŞ prezidenti Donald Tramp isə, təyyarənin düşməsilə bağlı şübhələri olduğunu və səhvən vurulmuş ola biləcəyini deyib. "Tehranda qəzaya uğrayan Ukrayna təyyarəsini təsadüfən İran vurmuş ola bilər. Dəhşətli bir şeyin baş verdiyini hiss edirəm… “Orada kimsə səhv edə bilər. Bəzi insanlar təyyarənin texniki səbəblərdən qəzaya uğradığını deyirlər. Məncə bu sual doğurur” – Tramp deyib.

Amerika rəsmilərindən biri, ABŞ peyklərinin təyyarə qalxmazdan çox qısa müddət əvvəl İrandan iki raketin atıldığını qeydə aldıqlarını, iki ABŞ rəsmisi isə Vaşinqtonun təyyarənin təsadüfən vurulduğuna inandığını söyləyib. Amerika kəşfiyyat rəsmiləri isə Tehrandan havaya qalxdıqdan bir az sonra qəzaya uğrayan Ukrayna təyyarəsinin İranın Rusiya istehsallı zenit raketi ilə vurulduğuna inanır. Fox News telekanalına danışan ABŞ rəsmisi deyib ki, güman ki, Tor yer–hava raketlər sisteminin tərkibində olan Rusiya istehsallı SA15 raketi təyyarəni vurub. Rusiya 2007-ci ildə İrana Tor-M1 tipli 29 raket verib. Bu təchizat 2005-ci ilin dekabrında imzalanmış 700 milyon dollarlıq hərbi kontrakt çərçivəsində həyata keçirilib.

Ukrayna Mili Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov da qəza məkanı yaxınlığında həmin raketin elementlərinin tapıldığına dair internetdə məlumatlar dolaşdığını bildirib. Ancaq o, bu informasiyanı harda gördüyünün təfərrüatına varmayıb.

  • Kanada: “Vurulduğuna dair sübutlar var”

Kanada Baş naziri Justin Trudeau isə, Kanada kəşfiyyatının əlində Ukrayna təyyarəsinin İrana aid raketlə təsadüfən vurulduğuna dair sübutlar olduğunu açıqlayıb.

Qəzaya uğrayan təyyarədə 63 Kanada vətəndaşı da həlak olub.

Trudeau həm Kanada kəşfiyyatına, həm də bəzi müttəfiq ölkələrin əldə etdiyi kəşfiyyat məlumatlarına istinad edərək, Ukrayna təyyarəsinin yer-hava tipli İran raketi ilə vurulduğunu deyib: “Lakin bu, təsadüfi də ola bilər”.

Təyyarənin nə tipli raketlə və hansı şəraitdə vurulmuş ola biləcəyinə dair suallara cavab verməyən Trudeau, əllərində olan çox sayda kəşfiyyat məlumatlarından əmin olduqlarını ifadə edib.

İngiltərə Baş naziri Boris Conson da Ukrayna təyyarəsinin İran raketi ilə düşürüldüyünə dair izlər olduğunu deyib.

  • İran: “Təyyarənin vurulmadığına dair əlimizdə inandırıcı dəlillər var”

İran isə təyyarənin vurulmadığına dair əllərində inandırıcı dəlillərin olduğunu deyir. İran Mülki Aviasiya Təşkilatı Qəzaları Araşdırma Komissiyasının rəhbəri Həsən Rızayifer, Tehranda qəzaya uğrayan Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmadığına dair əllərində inandırıcı sübutların olduğunu və bunları bölüşməyə hazır olduqlarını söyləyib.

Rizayifer, dünyanın heç bir ölkəsinin qəzanın səbəbini belə qısa müddətdə aça bilmədiyini deyərək "sarici mətbuatın İrana qarşı kampaniya başlatmaq istədiyini” iddia edib.

Qara qutuların ABŞ-a verilməsi məsələsinə də toxunan Rızayifer, yerli və beynəlxalq qanunlara görə, qara qutuların qəzanın baş verdiyi ölkədə araşdırılması gərəgdiyini deyib: İranda qara qutuları oxumaq imkanımız var. Qara qutuların zədələnməsi səbəbindən onu təmir etmək üçün lazım olan imkanlarımız da var. Qara qutuların oxunduğu yerə amerikalıların gəlməsi ilə bağlı heç bir problem yoxdur, ancaq onlar gəlmək üçün Senatdan icazə almalıdırlar".

Rizayifer, Ukrayna rnümayəndələrinin də İranda olduğunu və Kanadanın imkanlarından faydalandıqlarını söyləyib: “Rusiya və Fransa avadanlıq və yardım göndərməyə hazır olduqlarını bildiriblər. Qara qutuları təmir edə bilməsək, əvvəllər olduğu kimi onları Fransa ya da, kifayət qədər imkanları olan başqa bir ölkəyə göndərəcəyik".

TAHİR




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ