ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
Tramp bildirib ki, İranın ABŞ-ın İraqdakı iki ABŞ bazasına etdiyi raket hücumları cavabsız qalmayacaq. ABŞ prezidenti, İraq bazalarına edilən hücumlardan sonra İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq etdiklərini açıqlayıb.
"İrana sanksiyalar gətirdik. Əvvəlkilər ağır sanksiyalar idi, indi bunlar ciddi şəkildə daha da artırıldı. Qısa müddət əvvəl təsdiqlədim, Maliyyə Nazirliyi elan edəcək" - Tramp deyib.
Yeni sanksiyalarla bağlı geniş açıqlama verməkdən imtina edən Tramp, elan olunduqda hamının onları görəcəyini söyləyib.