Tehran yaxınlığında qəzaya uğramış təyyarədə 32 xarici vətəndaş həlak olub. Qəzada ölən İran vətəndaşlarının sayı isə 147 nəfərə çatıb.
Trend-in İrandakı xüsusi müxbirinin məlumatına görə, bunu Tehranın Böhranların İdarə olunması Təşkilatının baş direktoru Mənsur Daracati deyib.
Baş direktor qeyd edib ki, qəzada 32 xarici vətəndaş həlak olub. Bunların 11-i Ukrayna, 6-sı Kanada, 11-i Əfqanıstan, 4-ü İsveç vətəndaşı olub.
Onun sözlərinə görə, yaxın saatlarda qəzanın səbəblərinin araşdırılması üçün təşkilatın əməkdaşlarının müşavirəsi keçiriləcək.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.