İran Islam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri nəticəsində 80 ABŞ əsgəri ölüb.
Baki-xeber.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Televiziya məlumatlarına görə, atılan 15 raketin hamısı ABŞ-ın hədəflərinə dəyib, bazalardakı helikopterlər və hərbi texnikaya ciddi ziyan dəyib.
Televiziya, ABŞ-dan gələ biləcək mümkün cavab hücumlarına qarşı, İranın müəyyənləşdirdiyi digər 100 hədəfin də vuracağını bildirib. Dövlət televiziyası ABŞ bazalarının İraq sərhədi yaxınlığındakı Kermanşah şəhərindən atılan bərk yanacaqlı “Fatih” raketləri ilə vurulduğunu deyib.
ABŞ-ın bir hərbi rəsmisi isə CNN İnternational-a bildirib ki, hərbçilərin hücumlardan əvvəl xəbərdar edilmələri üçün kifayət qədər vaxt olub. Əlavə etdi ki, bazalarda olan əsgərlərin sığınacaqlara getməsi üçün kifayət qədər vaxt olub.
Hətta bəzi mənbələr İraqın Ayn əl-Əsəd aviabazasında ümumiyyətlə amerikalıların olmadığını iddia edib.