Çərşənbə axşamı İran parlamenti Amerika ordusu və Pentaqonu terror təşkilatları kimi xarakterizə edən qanun layihəsi qəbul edib. Bu barədə Tasnim agentliyi məlumat verir.
Sənəd, yanvarın 3-də Bağdadda ABŞ-ın xüsusi əməliyyatı zamanı general Qasım Süleymaninin qətlinə cavab olaraq yekdilliklə qəbul olunub.
Qanun layihəsinin maddələrinin birinə əsasən, həmçinin İran administrasiyası Süleymaninin komandanı olduğu “Əl-Qüds” qüvvələrinin müdafiə qabiliyyətini möhkəmlənməsinə Milli inkişaf Fondundan 200 milyon avro yönəltməlidir.