Almaniyanın keçmiş xarici işlər naziri Siqmar Qabriel, İranın nüvə razılaşmasına əməl etməyəcəyini açıqlamasından sonra sərt açıqlamalar verib. Avropanın siyasi risq alıb ABŞ-İran münaqişəsində cəsarətli və güclü addımlar atmalı olduğunu söyləyən Qabriel bildirib ki, lazım gələrsə ABŞ prezidenti ilə siyasi qarşıdurmaya girmək də göz önünə alınmalıdır.
Baki-xeber.com xəbər verir ki, Almaniyanın keçmiş xarici işlər naziri Siqmar “Tagesspiegel” qəzeti üçün yazdığı məqalədə Avropanın bu günə qədər Körfəz bölgəsindəki qarşıdurmalarda çox söz sahibi olmadığını deyib.
“Avropa İrana qarşı inandırıcı olmaq, cəsarətli və güclü addımlar atmaq üçün siyasi risqlərə getməyə məcburdur” – keçmiş nazir deyib.
Qabriel, Avropanın bölgədəki müharibə təhlükəsi təhdidinə müdaxilə etmək istədiyi təqdirdə siyasi risqlər alması və lazım gələrsə, müharibənin qarşısını almaq üçün ABŞ-ın hazırkı prezidenti ilə böyük bir siyasi qarşıdurmaya getməsi gərəkdiyini bildirib.
Son iki ildə işlər ciddiləşəndə Avropanın demək olar ki, kağızdan bir pələng olduğunun görüldüyünü deyən Qabriel Avropa Birliyinin (AB) ABŞ-ın İranla nüvə sazişindən ayrılmasından sonra “müqavilənin hələ də qüvvədə olduğunu” bildirməkdən başqa bir şey etmədiyinə işarə etdi. Qabriel AB-nin İranın nüvə silahından imtina etməsi müqabilində effektiv iqtisadi yardım göstərmək vədini yerinə yetirə bilmədiyini də sözlərinə əlavə edib.