ABŞ və İran arasında son gərginlik müharibəyə çevriləcəyi halda Böyük Britaniya nüvə sualtı qayıqlarından raketlərlə İranı vuracaq. Baki-xeber.com xəbər verir ki, Britaniya mətbuatı bu barədə ordudakı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda, Britaniyanın İranı nüvə sualtı qayıqlarından "Tomahawk" raketləri ilə vurmağa hazır olduğu bildirilir. “The Sun” qəzeti, hərbi mənbələrə istinadən, İngiltərənin İranda ilk hücum edən tərəf olmaq niyyətində olmadığını, lakin sualtı donanması ilə ABŞ-a dəstək verməyə hazır olduğunu yazıb.
Britaniyanın hərbi əməliyyatlara "Tomahawk" raketləri ilə təchiz edilmiş, Astute tipli sualtı gəmilərilə qatıla biləcəyi bildirilir. Bununla bağlı təklif tətildən qayıtdıqdan sonra İngiltərənin Baş naziri Boris Consona təqdim ediləcək.
Qəzet yazır ki, xilasemə əməliyyatları üçün İraqa xüsusi təyinatlı dəstələr göndərilib. İraq təhlükəsizlik qüvvələrinə təlim keçən 400 hərbçiyə də diplomatların və özlərinin təhlükəsizliyini artırmaq əmri verilib.