ABŞ-ın İran komandiri Qasim Süleymaninin öldürməsindən sonra, Vaşinqtondan siyasi və hərbi şəkildə intiqam alacağını açıqlayan İran, nüvə sazişindəki öhdəliklərin heç birinə əməl etməyəcəyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, yazılı açıqlama yayan İran hökuməti nüvə sazişindəki bütün öhdəlikləri dayandırdığı bildirib.
İran artıq uranın zənginləşdirilməsi, saxlanması, araşdırılması və işlənməsi ilə bağlı hər hansı öhdəliyi yerinə yetirməyəcək. Açıqlamada, İran, sentrifuqaların sayında heç bir məhdudiyyətə getməyəcəyini, ölkənin nüvə proqramının texniki ehtiyaclara görə tətbiq ediləcəyini qeyd edilib.
İran hökumətinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirəcəyi deyilən açıqlamada, sanksiyalar ləğv ediləcəyi halda Tehran rəhbərliyinin razılaşmaya qayıtmağa hazır olduğu bildirilir.