ABŞ və İranla dostluq əlaqələrini davam etdirən Omanın vasitəçilik təklifi rəsmi Tehran tərəfindən qəbul edilməyib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Oman Bağdad hava limanında İran hərbi komandiri Qasim Süleymaninin öldürülməsindən sonra ABŞ və İranı gərginliyi azaltmaq üçün dialoqa çağırıb.
Ancaq İran, Omanın təklifini qəbul etməyib.
Reuters agentliyinə görə, həm ABŞ, həm də İranla dostluq əlaqələri saxlayan Oman əvvəllər də iki ölkə arasında vasitəçilik edib.