Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampı "uğurlu" anti-İran əməliyyatı münasibətilə təbrik edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İran mətbuatı xəbər yayıb. “Sputnik”in xəbərinə görə, Paşinyan İran mətbuatında yayılan bu informasiyaları yalan adlandırıb.
"Bu, milli təhlükəsizliyə təhdiddir"- deyən erməni baş nazir özünün facebook səhifəsində yazır:"Erməni dilli saxta səhifə ABŞ prezidenti Donald Trampı anti-İran əməliyyatının "uğurla" başa çatması münasibətilə təbrik etməyim barədə yalan xəbər yayır. Bu məlumatlar tez bir zamanda Azərbaycan mətbuatında günün trendinə çevrilir, Azərbaycan mətbuatından İran KİV-nə daxil olur və bəzi qüvvələrin antierməni ilham mənbəyinə çevrilir".
Lakin o, “saxta” xəbərin məhz hansı Azərbaycan və İran nəşrlərində meydana gəldiyini göstərməyib. Bununla yanaşı, Paşinyan bildirib ki, bu, "saxta söz azadlığının ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdığı haldır".
"Bu informasiyanın müəllifləri və onun motivləri müəyyənləşdirilməlidir", – deyə Paşinyan qeyd edib.
Maraqlıdır ki, ilyarımlıq hakimiyyəti dövründə Rusiyanın “qəzəbinə” tuş gələndən sonra Qərbə meyllənməsi fonunda onun bu addımı atmasını bir çox ekspertlər mümkün sayır. Lakin sevimli qonşusu İran ona bunu bağışlaya biləcəkmi?
Baki-xeber.com