ABŞ Prezidenti Donald Tramp ABŞ-a məxsus obyektlərə hücum ediləcəyi təqdirdə İranın 52 hədəfinə sürətli və güclü zərbə etdiriləcəyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Tramp bu barədə rəsmi “Twitter” səhifəsində yazıb.
“İran bəzi ABŞ ünsürlərini hədəf almaq barədə cəsarətlə danışır. Süleymani səfirliyimizə hücum edirdi və başqa yerləri vurmaq üçün hazırlaşırdı. İran artıq illərdir problemdən başqa heç nə etməyib.
Xəbərdarlıq edirik: İran amerikalılara və ya Amerikan ünsürlərinə hücum edərsə, 52 İran obyektini (illər əvvəl İran tərəfindən girov götürülmüş 52 amerikalıya görə) hədəf alacağıq. Bəziləri İran və İran mədəniyyəti üçün çox əhəmiyyətli və vacibdır.
Bu hədəflər və İranın özü sürətli və güclü zərbələrlə vurulacaq. ABŞ artıq təhdid istəmir” - Ağ Ev rəhbəri bildirib.
Tramp başqa bir mesajın da isə, İran ABŞ-ın istənilən bazasına hücum edərsə, cavab zərbəsi endirmək üçün ən yeni silahlarını göndərəcəyini söyləyib: “ABŞ hərbi texnikaya 2 trilyon dollar xərcləyib. Biz dünyanın ən böyüyü və ən yaxşısıyıq! İran bir Amerika bazasına və ya amerikalıya hücum edərsə, ən yeni və gözəl texnikalardan bir qismini tərəddüd etmədən onları vurmq üçün göndərəcəyik".