ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyi yaxınlığında və Beled hərbi bazasına raket hücumu olub.
Baki-xeber.com xəbər verir ki, İraq təhlükəsizlik mənbələri Bağdadda Yaşıl Bölgədə olan ABŞ səfirliyi yaxınlığına iki raket atıldığını bildirib.
Hücumu kimlərin reallaşdırdığı açıqlanmır. Hadisədən dərhal sonra Yaşıl Bölgənin qapıları təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb.
Digər tərəfdən Səlahəddin əyalətində ABŞ qüvvələrinin qaldığı və ölkənin ən böyük hərbi bazası olan Beled bazasına da raket hücumu olub.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds qüvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsinə cavab olaraq İranın mümkün olan hər yerdə amerikalıları cəzalandıracağını söyləmişdi.