İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı, general Qasim Süleymani və İraqda şiə qrupu Haşdi Şabinin liderlərindən olan Əbu Mehdi əl-Mühəndisin Bağdadda öldürülməsinə səbəb olan kəşfiyyat məlumatlarını hansı ölkənin sızdırdığı açıqlanıb.
Baki-xeber.com xəbər verir ki, Haşdi Şabi Süleymani və Mühəndisi ilə bağlı məlumatların ABŞ-a iraqlı tərəfdaşlarının verdiyinin təxmin edildiyini bildirib.
Qeyd edək ki, Süleymani və Mühəndisi ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İraqın paytaxtı Bağddaddakı hava limanına raket zərbələrilə öldürülüb. Sui-qəsd nəticəsində 10 nəfər ölüb, onların arasında Süleymaninin kürəkəni də olub.