ABŞ prezidenti Donald Tramp, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Qüds qüvvələrinin komandanı Qasim Süleymaninin Bağdadda öldürülməsindən sonra ilk dəfə açıqlama verib.
Baki-xeber.com xəbr verir ki, İraq və Suriyadakı gizli əməliyyatları ilə "kölgə komandiri" kimi tanınan Qasim Süleymani birbaşa Trampın göstərişi ilə öldürülüb.
Tramp hadisə ilə bağlı açıqlama verib və bildirib ki, "İran heç bir müharibədə qalib gəlməyib, amma danışıqlarda da uduzmayıb".