20/09/2019 23:12
728 x 90

ABŞ-Rusiya nüvə müharibəsi baş versə… Dünya 10 il Günəş üzü görməyəcək, "nüvə soyuqları” başlayacaq…

img

Elm adamları Rusiya ilə ABŞ arasında nüvə müharibəsi baş verəcəyi halda dünyada müşahidə ediləcək dəyişikliklərlə bağlı araşdırmalar aparıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar, belə bir müharibə olacağı halda 10 il davam edəcək "nüvə soyuqları”nın yaşanacağı nəticəsinə gəlib.

Britaniyanın “Daily Mail” qəzetinə görə, ABŞ və Rusiya arasında mümkün müharibə atmosferə 147 milyon ton his yayacaq. Qısa zamanda da bütün atmosferə yayılaraq günəş şüalarının yer üzünə düşməsinin qarşısını alacaq və dünya qaranlığa bürünəcək. Bu isə, dünyada temperaturun 9 dərəcə aşağı düşməsi və ciddi bir iqlim dəyişikliyi deməkdir.

Mütəxəssislərin fikrincə, hisin tam aradan qalxması 7 il, atmosferin normal vəziyyətə qayıtması isə 3 il çəkə bilər.

Qeyd edilir ki, ABŞ və Rusiya arasında mümkün nüvə müharibəsi 10 il davam edəcək soyuq qışa səbəb olacaq. Tədqiqatçılar nüvə hücumunun, hədəf alınan ölkə üçün intihar olduğunu da vurğulayıblar.

Son xəbərlər