Cəbəllütariq tərəfindən tutulan İran tankeri, Cəbəllütariq Ali Məhkəməsinin sərbəst buraxmaq qərarından sonra ölkəni tərk edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbr verir ki, tanker Yunanıstan istiqamətində yola çıxıb. "Grace 1"in adı sərbəst buraxılmasına dair qərardan dərhal sonra dəyişdirilib.
Yerli "Gibraltar Chronicle" qəzetinin verdiyi məlumata görə, yeni adı "Adrian Darya-1" olan İran tankeri dünən axşam saatlarında Cəbəllütariqdən ayrılıb.
Bunda əvvəl Cəbəllütariq, İran tankeri barədə həbs qərarı çıxaran ABŞ-ın gəmiyə əl qoymaq tələbini rədd etdiyini açıqlayıb. Cəbəllütariq ABŞ-ın İrana sanksiyalarının Avropa İttifaqı ərazisində keçərli olmaması səbəbindən Vaşinqtonun tələbinə əməl edərək yeni saxlanma qərarı çıxara bilməyəcəyini bildirib.
İran isə ABŞ müdaxiləsinə qarşı Adrian Darya-1-i qorumaq üçün hərbi gəmilər göndərməyə hazır olduğunu bəyan edib.