Hindistanın müdafiə naziri, 1998-ci ildə nüvə gücünə çevrilməsindən sonra ölkənin nüvə silahları ilə bağlı siyasətinin ilk dəfə dəyişə biləcəyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, hindli nazirin bəyanatına Pakistanın reaksiyası özünü çox gözlətməyib.
Pakistan Silahlı Qüvvələrinin sözçüsü general Gaffur Pakistan və Hindistan arasında gərginliyə səbəb olan mübahisəli Kəşmir ərazisinin nüvə münaqişəsinin mərkəzi ola biləcəyini söyləyib.
''Pakistan silahlı qüvvələri uzunmüddətli mübarizəyə və qarşılıq verməyə hazırdır'' – Gaffur deyib.