20/09/2019 23:11
728 x 90

Şoyqudan ABŞ-a “raket mesajı”... Vaşinqton Avropada raket yerləşdirsə...

img

Rusiya Birləşmiş Ştatlar Avropa və Asiyada eyni məhdudiyyətləri nümayiş etdirməyə davam etdikcə, yeni raketlər quraşdırılmasını planlaşdırmır. Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə nazri Sergey Şoyqu Vaşinqtonun silahlara nəzarətə dair sovet dövründə imzalanmış müqavilədən çıxmasından sonra bildirib.

Birləşmiş Ştatlar Rusiya ilə nüvə silahlarının ixtisarına dair müqavilədən bu ayın əvvəli çıxıb. Vaşinqton Moskvanı müqavilənin şərtlərini pozmaqda və qadağan edilmiş raketlərin yerləşdirilməsində ittiham edib. Kreml isə bu ittihamları rədd edir.

Rusiya da öz növbəsində müqavilədən çıxıb, lakin Şoyqu bildirib ki, Moskvanın yeni raketlər yerləşdirmək planları yoxdur.

“Biz buna davam edəcəyik. Əgər Avropada (Vaşinqton tərəfindən yerləşdirilmiş) belə sistemlər olmasa, biz heç bir şey etməyəcəyik” - deyə, Şoyqu “İnterfaks” agentliyinə istinadən Rossiya-24 telekanalına bildirib.

Müqavilənin şərtlərinə əsasən, ABŞ və Rusiyaya 500 kilometrdən 5000 kilometrə qədər məsafəni qət edə biləcək nüvə başlıqlı raketlərin yerləşdirilməsi, sınaqdan keçirilməsi və toplanması qadağan edilir. Bununla hər iki ölkənin qısa müddətdə nüvə silahı ilə zərbə endirmək qabiliyyətinin azaldılması nəzərdə tutulurdu.

Nüvə silahlarının ixtisarına dair müqavilə 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmışdı. Tramp Rusiyanı nüvə silahlarına nəzarətə dair müqavilənin şərtlərini pozaraq, raket istehsal edib, sınaqdan keçirməkdə ittiham edib.

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, müqavilənin dayandırılmasından sonra Birləşmiş Ştatlar yeni sistemlər inkişaf etdirdiyi halda, Moskva qısa və orta mənzilli nüvə raketlərinin yerləşdirilməsinə başlaya bilər.

Son xəbərlər