20/09/2019 23:07
728 x 90

Ermənilər taktikanı dəyişir - Obamanı İrəvana gətirirlər...

img

Ermənilər oktyabrın 6-9-da İrəvanda keçirmək istədikləri İnformasiya texnologiyaları üzrə dünya konqresinə sabiq ABŞ prezidenti Barak Obamanı da gətirmək üçün ciddi fəaliyyətə başlayıblar.

Bu barədə Texnoloji şirkətlər ittifaqının sədri Esayan məlumat verib. Ermənilər Obamanın konqresdə 10 əsas məruzəçidən biri olmasını istəyirlər. Xeyli vaxtdır ki, Obamanın ofisi ilə danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur. İstisna deyil ki, ermənilər istənilən şərtlər daxilində, hətta lazım gəlsə qiymətli hədiyyələr vəd etməklə Obamanın İrəvana gəlişinə nail olmaq istəyirlər.

Xatırladaq ki, erməni rəhbərlərin indiki respublikaçı hakimiyyətlə ən yüksək əlaqə qurmaq planları heç bir nəticə vermir. Görünür, respublikaçılara tam ümidini itirmiş Ermənistan rəhbərliyi yenidən demokratların qapısına qayıdır və bu məqsədlə Obamadan başlamaq istəyir.

Ramil QULİYEV

Son xəbərlər