Əfqanıstanda paytaxt Kabildə toy salonunda terror aktı törədilməsi nəticəsində çox sayda insan ölüb.
Baki-xeber.com xəbər verir ki, intihar hücumu nəticəsində qadın və uşaqların olduğu 63 nəfər həyatını itirib, 182 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasret Rahimi bildirib ki, Kabilin 6-cı Təhlükəsizlik Bölgəsindəki toy salonu Kasri Dubaidə yerli saatla 22.40-da intiharçı üzərindəki bombanı musiqiçilər, uşaqların olduğu səhnəyə yaxın hissədə partladıb.
Əfqanıstan Prezident Aparatının sözcüsü Sadiq Sıddıki “twitter”dən yazdığımesajında terror hücumunu qınayaraq yazıb: "Kabildə toy salonunda törədilən intihar hücumu hamımızı dərindən üzdü. Bu, xalqımıza qarşı işlənmiş mənfur bir cinayətdir".
Əfqanıstanda paytaxt Kabilin qərbində şiə-xəzərilərin sıx yaşadığı bölgədə törədilən hücum Əfqanıstanda 2019-cu ilin ən qanlı terror hücumu kimi dəyərləndirilir\.
Terror hücumuna görə hələlik məsuliyyəti heç bir qrup üzərinə götürməyib.
“Taliban” terror təşkilatı da hücumu qınayan şərhlər yayıb.