18/09/2019 12:06
728 x 90

Sarkisyanın həbsinə hazırlıq gedir - Kürəkəni danışdı…

img

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da həbs oluna bilər: hazırkı hökumətin fəaliyyətinin məntiqi belədir. Baki-xeber.com Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bunu "News.am"a müsahibəsində Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezidentin kürəkəni Mikael Minasyan bildirib.

Minasyan qeyd edib ki, Sarkisyanın birmənalı olaraq həbs olunacağını düşünür: "İndiki hakimiyyətin bütün fəaliyyət məntiqi belədir – ittiham etmək və həbs etmək. Bu gün dövlət resurslarının əhəmiyyətli hissəsi ittihamlara və həbslərə gedir. Lakin problem bundadır ki, bu artıq işləmir".

Onun sözlərinə görə, ictimaiyyətin həbslərə olan coşqun reaksiyası aşağı düşməyə başlayıb, cəmiyyətin əhval-ruhiyyəsi artıq dəyişmir: "Hakimiyyətin çoxdan ehtiyatda saxlanılan, planlaşdırılan "qızıl ehtiyatı" var: Serj Sarkisyanın həbs olunması. Sadə hesablamalar göstərir ki, ictimaiyyəti real problemlərdən müəyyən qədər yayındırmaq üçün yaxın vaxtlarda Serj Sarkisyan həbs olunacaq".

Minasyan qeyd edib ki, Serj Sarkisyan hadisələrin istənilən inkişafına hazırdır.

Qeyd edək ki, ötən il aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan çoxgünlük etiraz aksiyalarından sonra istefa verib. Ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. Paşinyanın İşıqlı Ermənistan Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir. Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Bu ilin yanvar ayının 14-də isə Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.

Son xəbərlər