20/09/2019 23:10
728 x 90

Əsədin ona müxalif olan əmisi oğlu soyadlarının əslində “canavar” olduğunu açıqladı - FOTO

img

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Firas Əsəd əsl soyadlarının "canavar" mənası verən  ərəbcə "vahş" olduğunu açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, Əsədə müxalif olan əmisi oğlu Firas Əsəd soyadlarının babaları Əli Əsəd tərəfindən dəyişdirildiyini deyib.

Sosial mediada babaları Əli Əsədin kimliyini təsdiq edən sənədi paylaşan Firas Əsəd, əsl soyadlarının "Əsəd" deyil "vahş" olduğunu açıqlayıb. Onun sözlərinə görə, badaları ərəb dilində "canavar" mənasını verən "vahş" soyadını dəyişərək, "aslan" mənasını verən "Əsəd" qoyub.

Onun paylaşdığı fotoda da babasının adının Əli, soyadının isə "vahş" olduğu görünür.

Ərəb dilində "vahş" "canavar", "Əsəd" isə aslan deməkdir.

Fotonu paylaşan Firas Əsəd yazır: “Hamı dərhal paylaşsın. Sənəd şikayətlərə görə silinə bilər".

Firas Əsəd sosial mediada əvvəlki paylaşımlarının birində, əmisi oğlu Bəşər Əsədin ən azı 500 min mülki şəxsi və öz ailəsinin də mənsub olduğu ələvi məzhəbindən 100 mindən çox suriyalını öldürdüyünü bildirmişdi.

Son xəbərlər