İsraildə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemində işləyən 30 əsgər xərçəngə yoluxub.
Baki-xeber.com Türkiyə mediasınıa istinadən xəbər verir ki, bunu İsrailin “Kanal 13” telekanalının əməkdaşı jurnalist Adama Şefr tvitter hesabında yazıb.
Jurnalist, İsrail əsgərlərinin hava hücumundan müdafiə sistemində işləməsi ilə xəstəliyə yoluxmaları arasında bağlılığın olub-olmamasının araşdırılmasını tələb edib.
İsrail məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi qısamənzilli raketlərə qarşı istifadə edilir.