ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini, ABŞ həbsxanalarındakı avropalı İŞİD-çiləri təhvil almasalar onları buraxmaqla təhdid edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə avropalı İŞİD-çi, minlərlə uşaq və qadın hazırda Suriyanın şimalında ABŞ dəstəkli, əsasən kürdlərdən ibarət olan Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən saxlanır. Onların arasında Suriya və iraqlıları çıxmaqla 13 min əcnəbi terrorçu var. Aralarında olan qadın və uşaqların sayının isə 11 min olduğu deyilir.
Ağ Ev administrasiyası Avropa Birliyi ölkələrinə İŞİD-ə qoşulan avropalıları geri almaları üçün təzyiq göstərir. Ancaq sözügedən ölkələrn çoxu terrorçuların döndükləri zaman təhlükəsizlik risqi yaradacağından ehtiyat edərək bu istiqamətdə addım atmaq istəmirlər.
Tramp isə Avropa ölkələrini, İŞİD-ə qoşulan avropalıları geri almasalar, Suriyada saxlanan minlərlə terrorçunu Avropaya göndərməklə təhdid edib.
“Əlimizdə Avropanın geri təhvil almasını istədiyimiz minlərlə İŞİD terrorçusu var. Onları geri alacaqlarmı, bilmirik. Almasalar da böyük ehtimalla onları Avropaya göndərəcəyik” – Tramp bildirib.