ABŞ mediası "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldürüldüyü barədə məlumat yayıb.
Baki-xeber.com xəbər verir ki, başına bir milyon dolllar qoyulan Həmzənin öldürülməsi xəbəri hələlik Ağ Ev tərəfindən təsdiqlənməyib.
NBC telekanalı və “New York Times” qəzeti Həmzənin öldürüldüyünü fərqli mənbələrin təsdiqlədiyini bildirir.
“New York Times” qəzeti bir az da irəli gedərək, 30 yaşı olduğu ehtimal edilən Həmzənin son iki ildə öldürüldüyünü, ancaq bunun təsdiqlənməsinin vaxt aldığını yazır.
ABŞ fevral ayında Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.
Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb.