Almaniyada radikal sağçı təhdidi ölkənin hüquq-mühafizə orqanlarını hərəkətə keçirib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Wolfsbrigade" təşkilatının silahlı qanadını yaratmaq şübhəsi ilə 4 əyalətdə 10 evdə axtarış aparılıb.
Federal Prokurorluq Saksoniya Anhalt, Hessen, Aşağı Saksoniya və Şimali Reyn Vestfalya bölgəsində radikal sağçı təşkilatın silahlı qanadını yaratmaq və buna üzv olmaq şübhəsi ilə 10 nəfərin evlərində axtarıldığını açıqlayıb.
Əldə edilən məlumatlara görə, şübhəlilər ötən il ifrat sağçı təşkilat olan “Wolfsbrigade" təşkilatının silahlı qanadı "Sturmbrigade"ni yaratmaqda ittiham olunurlar.
Sözügedən məlumatları dəqiqləşdirmək, "Sturmbrigade" haqqında məlumat toplamaq, şübhəlilərin silahlı olub-olmadığını müəyyənləşdirmək üçün keçirildiyi deyilən əməliyyat zamanı saxlanan olmayıb.