Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriyada həbsxanada ölü tapılıb. APA-nın "Röyters”ə istinadən verdiyi məlumata görə, yerli məhkəmənin hakimi bildirib ki, R. Əliyev intihar edib.
R. Əliyevin vətəninə ekstradisiyası haqqında qərar veriləcəyi gözlənilirdi.
R. Əliyev adam oğurluğu ilə məşğul olan dəstə yaratmaqda ittiham olunurdu. O, prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladıqdan sonra Qazaxıstanın Vyanadakı səfir vəzifəsindən azad edilib və barəsində cinayət işi qaldırılıb.