Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Hamad bin İsa əl Xəlifəyə "Hacıbəy” ləqəbli çempion at bağışlayıb. Atın Axaltekin cinsindən olduğu bildirilir.
Kral isə Putinə öz sifarişi ilə Dəməşq poladından hazırlanmış qılınc bağışlayıb.
Bu barədə fevralın 8-də Putinin mətbuat xidməti məlumat yayıb.
Putin Rusiya adətinə görə kəsən aləti qəbul etdikdən sonra dalaşmamaq üçün krala pul verib.
Putinə bağışlanan qılıncın qını Bəhreyndə bahalı materialdan hazırlanıb və ona "Qələbə” adı verilib.
20120-ci ildə doğulmuş "Hacıbəy” dəfələrlə dünya çempionu olub və krala Rusiyanın atçılıq mərkəzlərindən birində nümayiş etdirilib. Bu at 2015, 2014-cü illərdə dünya çempionu və digər titullar qazanıb.