Liviyanın sabiq lideri Müəmmar Qəddafinin həyatının son dəqiqələrini əks etdirən yeni kadrlar yayılıb.
APA-nın "lenta.ru”ya istinadən verdiyi məlumata görə, kadrlarda özünü müsəlman adlandıran bir qrup silahlı şəxsin yaralı və köməksiz vəziyyətdə olan Qəddafiyə qarşı etdiyi zorakı əməllər yer alıb.