Gürcüstanın şərqində 3,8 trilyon kubmetr qaz ehtiyatına malik olan yatağını kəşf etdiyini iddia edən "Frontera Resources" şirkətinin məqsədi bu ölkənin hökumətini yalana sürükləməkdir. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bu barədə ekspert Roman Qotsiridze bildirib.
Ekspert bildirib ki, buna bənzər hadisə 15 il bundan qabaq baş verib: "O zaman Eduard Şevardnadzeni (sabiq prezident - red.) Taribani yatağına dəvət etdilər və ona guya bu yataqdan hasil olunan 1 stəkan nefti içirtdilər. Bu foto bütün dünyanı dolaşdı və investorlar bura pul yatırmağa başladı. Bəs hanı neft? Hanı qaz? Yoxdur! Bütün bunlar pul tələsidir! Biz isə reputasiyamızı itiririk".