"Wikileaks" saytının qurucusu Culian Assanj sığınacaq aldığı Londondakı Ekvador səfirliyindən çıxıb cümə günü Britaniya polisinə təslim olacağını istisna etmir. Bu barədə C.Assanj Twitter-dəki WikiLeaks-in saytında bəyan edib.
Trend Reuters-ə istinadən xəbər verir ki, C.Assanj öz səhifəsində bunları yazır: "Sabah BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü səfirlikdən çıxıb Britaniya polisinə təslim olmağa razılaşmalıyam. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. Amma mən qalib gəlsəm və dövlət tərəfinin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını gözləyirəm".